UEFA Konfrans Liqasında "Neftçi"nin və "Zirə"nin potensial rəqbilərinin sayı azalıb. Sport24.az xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq "Neftçi"nin potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.

 

İlk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubu ilə qarşılşacaq "Zirə"nin potensial rəqibləri isə AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Hegelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.