"Kəpəz" klubunda maliyyə problemləri davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin futbolçulara, eləcə də sabiq baş məşqçi Azər Bağırova maaş borcu var.

Mənbənin bildirdiyinə əsasən, buna baxmayaraq, Peşəkar Futbol Liqası tərəfindən "Kəpəz" və "Qəbələ" klublarına 250 min manat vəsait köçürülüb.

Lakin futbolçuların və məşqçi heyətinin əməkhaqlarının hələ də ödənilmədiyi qeyd olunur. Klubda qərarverici şəxslərdən biri hesab olunan Fərman Əlizadənin maaşların verilməsi ilə bağlı prosesi yubadıldığı iddia edilir.

Maaşların hansı səbəbdən gecikdirildiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, "Kəpəz" son aylarda maliyyə məsələləri ilə gündəmə gəlib və klubdakı vəziyyət futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Bölgə təmsilçisində baş məşqçi təyinatı da gözlənilir.