"İlyarımdır "Şəfa"dayam. Artıq komandaya adaptasiya olunmuşam. Futbolçu rahat olduğu yerdə istədiyi performansı sərgiləyə bilir". Bu sözləri Sport24.az-a açıqlamasında Şəfa"nın futbolçusu Elnur Cəfərov deyib.

29 yaşlı vinger komandasının növbəti mövsüm üçün hədəfindən danışıb:

"Rəhbərlik və baş məşqçi sağ olsun, çəkdiyim əziyyəti qiymətləndirib mənə komandada qalmağı təklif etdilər. Premyer Liqa və Birinci Liqa arasında əsas fərq oyunun tempindədi. Birinci Liqada sürət bir qədər aşağı olur. "Şəfa"ya keçəndən sonra qarşımıza qoyulan hədəf elitaya vəsiqə qazanmaq olub. Yenidən ölkənin əsas liqasında çıxış etmək mənim üçün çox şey ifadə edir. Yenidən özümü göstərmək üçün fürsət yaranıb. İlk ilimiz olduğu üçün komandanın hədəfi liqada qalmaq olacaq. Daha yüksək pillələr uğrunda mübarizə aparmaq istəyirik".

Elnur Cəfərov 2025-ci ilin yanvarından "Şəfa"da çıxış edir.