Bu gün "Neftçi"nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri məlum olacaq. Sport24.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçiriləcək.

 

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə paytaxt təmsilçisinin UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.