Portuqaliyalı hücumçu Kriştiano Ronaldo komandasının DÇ-2026-da ilk oyunu ərəfəsində duyğusal fikirlərlə yadda qalıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "X" sosial şəbəkəsində paylaşım edib:

 

"Hər dəfə bu formanı geyinəndə ilk günkü kimi eyni qürur, eyni ehtiras və eyni məsuliyyət hissini hiss edirik.

Sabah yeni bir fəsil başlayır.

Bu nöqtəyə çatmaq üçün inanılmaz dərəcədə çox çalışdıq və indi ölkəmiz və bizi burada və dünyanın hər yerində dəstəkləyən bütün portuqaliyalılar üçün əlimizdən gələni etməyin vaxtıdır. Bizim kimi inanın!" 

 

Qeyd edək ki, DÇ-2026 41 yaşlı Ronaldonun iştirak edəcəyi altıncı mundial olacaq. Portuqaliya bu gün  Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.