Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, müdafiəçi "Petrolul"a keçib.

 

Bu barədə Rumıniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cəlalla 2 illik müqavilə imzalanıb.

 

Hüseynovun son klubu Bolqarıstanda "Arda" olub.

 

"Petrolul" Rumıniya çempionatını 12-ci sırada bitirib.