"Tottenhem""Brayton"un müdafiəçisi Yan Pol van Hekke ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

London klubu Niderland millisinin 26 yaşlı üzvü üçün 52 milyon funt sterlinq ödəyəcək.

 

Qeyd edək ki, Van Hekke ötən mövsüm "Brayton"nun heyətində bütün turnirlərdə 40 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Van Hekke DÇ-2026-nın 1-ci turunda, Yaponiya ilə 2-2 hesabı başa çatan oyunda Niderlandın heyətində 90 dəqiqə meydanda olub.