Portuqaliyalı mütəxəssis Antoni Da Silva Mali millisinin baş məşqçisi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

 

45 yaşlı mütəxəssis bu vəzifədə 2024-cü ildən 2026-cı ilə qədər komandanı çalışdıran Tomas Sentfiti əvəz edib. O, aprel ayında Rusiya ilə 0-0 hesablı heç-heçədən sonra vəzifəsindən ayrılıb.

 

Da Silva məşqçi karyerası ərzində Rumıniya klublarını, Kamerun millisini və "Paroş de Ferreyra"nı çalışdırıb.

 

Qeyd edək ki, Mali yığması 11 iyun - 19 iyul tarixləri aralığında üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya vəsiqə qazana bilməyib.