Mahir Emrelinin şərəfini qoruduğu komanda Xorvatiya kubokunu qazanıb. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi Zaqreb "Dinamo"su finalda iki oyunun nəticəsinə görə "Riyeka"nı məğlub edib.

 

Zaqrebdə keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Cavab matçında isə "Dinamo" 3:1 hesabı ilə qalib gəlib. Mahir final görüşlərində meydana çıxmayıb. Zaqreblilər 17-ci dəfə ölkə kubokunun qalibi olublar.

 

Qeyd edək ki, Mahir Zaqreb təmsilçisinin heyətində Xorvatiya çempionu tituluna yiyələnib.