"Sofascore" statistik portalı Xorvatiya çempionatının IX turun rəmzi komandasını açıqlayıb. Sport24.az xəbər verir ki, ən yaxşı "11-lik"dıə Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.
Belə ki, son turda "Rudeş"ə 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qol vuran, 1 qol ötürməsi verən 26 yaşlı hücumçunun çıxışı 8.3 balla qiymətləndirilib.
Xatırladaq ki, Emreli bu mövsüm Xorvatiya çempionatında meydana çıxdığı 6 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.