PSJ-nin baş məşqçisi Luis Enrike bu ilin yayında Paris klubundan ayrılıb "Real"ın "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" "X" sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Enrike yeni klubda işləməyə hazırdır. İspan məşqçinin ölkəsində dönmək variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi postunu tutub. Onun rəhbərliyi altında Kataloniya klubu Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Super Kubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Super Kubokunu qazanıb. 2023-cü ilin yayından bəri Enrike PSJ-ni çalışdırır və onunla birlikdə Çempionlar Liqasını, Qitələrarası Kuboku, UEFA Super Kubokunu və iki Fransa liqa titulunu, iki Fransa Kubokunu və iki Fransa Super Kubokunu qazanıb. Enrike həmçinin "Selta", "Roma" və İspaniya milli komandasında işi ilə yadda qalıb.