PSJ-nin baş məşqçisi Luis Enrike Bilbao "Atletik"inin qapıçısı Unay Simonu tərifləyib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə "OneFootball"a danışıb:

 

"Şübhəsiz ki, Simon turnirin ən yaxşı qapıçısıdır. O vaxt məsuliyyətin altına girdim və onu İspaniya millisinin əsas qapıçısı etdim. Və buna görə də mənim üstümə gəldilər. Ancaq bu gün o, oyunu ilə göstərir ki, buna layiqdir".

 

Qeyd edək ki, Simon 2025/26 mövsümündə 22 oyunda 29 qol buraxıb, 7 matçda isə qapısını toxunulmaz saxlayıb. Qolkiper İspaniya millisində isə 56 oyuna çıxıb və qapısında 48 qol görüb. 25 qarşılaşmada qapısının toxunulmazlığını təmin edib.