"Real Sosyedad"ın 23 yaşlı vingeri Takefusa Kubo karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az AS-a istinadən xəbər verir ki, yaponiyalı futbolçunun xidmətində "Liverpul" maraqlıdır.

 

Mersisayd klubu Kubonun "Real Sosyedad"la müqaviləsindəki satınalma bəndini aktivləşdirməyə hazırdır. Belə ki, "qırmızılar"ın rəhbərliyi 23 yaşlı yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlara artıq başlayıb. Yapon futbolçunun indiki klubu Sosyedad təmsilçisinin futbolçunun gələcək satışının 50 faizini özündə saxlayır.

 

Qeyd edək ki, Kubo ötən mövsüm 41 qarşılaşmada iştirak edib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. Onun klubuyla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.