Brendan Rocers "Əl-Qadisiya"nın yeni baş məşqçi olacaq. Sport24.az "aawsat.com"a istinadən xəbər verir ki, rəsmi açıqlama yaxın günlərdə veriləcək.
"Əl-Qadisiya" rəhbərliyi hazırkı baş məşqçi Mişeli istefaya göndərmək qərarına gəlib. 62 yaşlı ispan məşqçi 2023-cü ilin oktyabrın bəri komandaya rəhbərlik edir. "Əl-Qadisiya" hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci yerdədir.
Qeyd edək ki, Rocers 2025-ci ilin oktyabr ayının sonunda "Seltik"dən ayrıldıqdan sonra işsiz idi. 52 yaşlı şimali irlandiyalı mütəxəssis karyerası ərzində "Lester" və "Liverpul"dakı işi ilə də tanınır.