"Liverpul" İngiltərə Liqa Kubokunun yarımfinalında "Fulhem"i üstələyərək finala adlayıb. Sport24.az xəbər verir ki, "mersisaydlılar" bununla da tarixlərində 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalına yüksəliblər. Bu isə rekord deməkdir. Daha əvvəl heç bir komanda belə nəticə göstərməyib.
"Liverpul" ümumilikdə 9 dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
qeyd edək ki, Yurgen Kloppun baş məşqçisi olduğu komanda builki finalda "Çelsi" ilə qarşılaşacaq. Görüş fevralın 25-də "Uembli" stadionunda keçiriləcək.