"Osasuna"nın hücumçusu Viktor Munos "Liverpul"a keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

İngiltərə klubu 22 yaşlı ispaniyalı futbolçuya müddəti 2032-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edib.

 

Mənbənin sözlərinə görə, ingilislər transferə 40 milyon avro ödəyəcək, bunun da 20 milyonu futbolçunun yetirməsi olduğu "Real"a gedəcək.

 

Qeyd edək ki, Munos 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyunda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.