ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. K qrupunda yer alan Özbəkistan millisi turnirdə ilk oyununu keçirib. Orta Asiya təmsilçisi Kolimbiya ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, görüş Meksikanın paytaxtı Mexikoda baş tutub.

 

Oyunda hesabı Cənubi Amerika təmsilçisi açıb. 41-cı dəqiqədə Daniel Munyos adını tabloya yazdırıb. 60-cı dəqiqədə isə Özbəkistan futbolunun tarixinə düşəcək qol vurulub. Abbosbek Fayzullayev hesabı bərabərləşdirib. Ancaq orta asiyalıların sevinci uzun sürməyib. Cəmi 5 dəqiqə sonra Luis Dias komandasını yenidən hesabda önə çıxarıb - 2:1. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə Haminton Kampas qoyub - 3:1 

 

Qeyd edək ki, K qrupunun digər oyununda Portuqaliya millisi Konqo DR ilə "sülh" bağlayıb - 1:1