DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Xorvatiya üzərində 4-2 hesablı qələbədən sonra İngiltərənin baş məşqçisi Tomas Tuxel oyunöncəsi himnlərin səsləndirildiyi mərasimlə bağlı FİFA müraciət edib. Sport24.az xəbər verir ki, Alman mütəxəssis bunla bağlı "Sky Sports"-a açıqlama verib:

 

"FIFA-dan milli himnlər zamanı fotoqrafların yerini dəyişdirməsini xahiş edirəm... Sadəcə komandamı görə bilmədim. Bu anı səbirsizliklə gözləyirdim, xüsusi məqam. Mən 50 fotoqrafın yaratdığı divarının arxasında dayanmışdım. Bir dənə də olsun oyunçunu görə bilmədim və bu, əhvalımı bir az pozdu".

 

Qeyd edək ki, DÇ-2026-da hər iki komandanın heyətindəki bütün futbolçular oyun başlamazdan əvvəl meydanın mərkəzinə çıxırlar. Bu cür mərasim böyük turnirdə ilk dəfə keçirilir.