ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatının L qrupunda I turun ikinci oyunu keçirilib. Sport24.az xəbər verir ki, Qana millisi Panama ilə qarşılaşıb.
Kanadanın Toronto şəhərində baş tutan görüş Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun müəllifi əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kaleb Yirenki olub.
Qeyd edək ki, Panama yığmasının şərəfini qoruyan "Turan Tovuz"un müdafiəçisi Roderik Miller bu matçda ehtiyatda qalıb.