DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir. Sport24.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşacaq.

 

Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start veriləcək.

 

Qarşılaşma Dallasda baş tutacaq. İngiltərə mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq.

 

Xorvatiya isə son illərdə böyük turnirlərdəki sabit çıxışını davam etdirmək niyyətindədir.

 

DÇ-2026
L qrupu
18 iyun

00:00. İngiltərə – Xorvatiya 4:2

Qol: H. Keyn, 12, 42, M. Baturina, 36, P. Musa, 45+5, C. Bellingem, 47, M. Reşford, 84

İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz, O"Rayli, Anderson, Rays, Madueke, Bellinqem, Qordon, Keyn.

 

Xorvatiya: Livakoviç, Stanişiç, Qvardiol, Şutalo, Perişiç, Modriç, Baturina, Paşaliç, P. Suçiç, Vuškoviç, Musa.