Yarımmüdafiəçi Dani Seballyos "Real"dan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

"Real" və 29 yaşlı ispaniyalı futbolçu müqaviləni ləğv etmək barədə razılığa gəliblər. Oyunçu yeni baş məşqçi Joze Mourinyonun planlarına daxil deyil. O, müqaviləsinin qalan bir ili üçün təzminat almaqdan da imtina edib.

 

Mənbənin sözlərinə görə, Seballyos "Betis"ə qayıtmağa yaxındır. Klub yarımmüdafiəçiyə dörd-beş illik müqavilə təklif etməyə hazırdır.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda futbolçunun "Ayaks"a keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.