Birinci Liqa təmsilçisi "Səbail" baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar ötən gün keçirilən klubdaxili iclasda qəbul olunub. Məlumata əsasən, klubun yeni rəhbəri Mirzə Bayrampur Adil Şükürovun komandada fəaliyyətini davam etdirməsini məqsədəuyğun hesab etməyib.
Bununla yanaşı, "Səbail"in yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Komandaya son mövsümdə "Şahdağ Qusar"ı çalışdırmış Elnur Abdullayev rəhbərlik edəcək. Tərəflərin artıq razılığa gəldiyi, təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Birinci Liqada qarşısına çempionluq hədəfi qoyan "Səbail" yekunda 3-cü yeri tutub.