UEFA "Marsel" klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib. Sport24.az RMC Sport-a istinadən xəbər verir ki, cərimə 10 milyon avro təşkil edib.

 

Fransa klubunun vəziyyəti düzəltmək üçün bir ili var. Əgər vəziyyət yaxşılaşmazsa, komanda avrokuboklardan kənarlaşdırılacaq.

 

Klubun son üç ildə 157 milyon avro zərər çəkdiyi bildirilir ki, bu da UEFA tələblərinə cavab vermir.

 

Qeyd edək ki, "Marsel" 2026/27 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. Lakin məlum məsələyə görə, komanda turnir üçün yeni oyunçular qeydiyyatdan keçirə bilməyəcək.