"Mançester Yunayted" artıq hücumçusu Markus Reşfordu "Barselona"ya icarəyə verməyəcək. Sport24.az xəbər verir ki, bu barədə ESPN-in məlumat yayıb.

 

28 yaşlı ingilis futbolçu 2025/26 mövsümündə icarə əsasında Kataloniya klubunun formasını geyinib. Danışığa əsasən katalonlar 30 milyon avroya futbolçunu birdəflik "rənglərinə bağlaya" bilərdilər. Lakin İspaniya komandası bundan istifadə etməyib.

 

Qeyd edək ki, DÇ-2026-dan sonra Reşford "Mançester Yunayted"in düşərgəsinə qayıdacaq. Bundan sonra hücumçu heç bir kluba icarəyə verilməyəcək. İngiltərə klubu forvardı yalnız satmağa hazırdır.