"Bornmut" "Liverpul"un hücumçusu Ben Douku "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 19 yaşlı şotlandiyalının transfer qiyməti 30 milyon avro civarında ola bilər. "Qırmızılar" 2022-ci ildə futbolçunun transferi üçün "Seltik"ə təxminən 700 min avro ödəyib. "Liverpul" nadir halda meydana çıxan Beni satmaqda maraqlıdır.

 

Qeyd edək ki, Douk 2024/25 mövsümündə bütün turnirlərdə 24 matçda 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.