"Liverpul" İngiltərə Premyer Liqasının XXXV turunda "Mançester Yunayted"ə uduzub – 2:3. Sport24.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi "qırmızılar" bu mövsüm 11-ci məğlubiyyətini yaşayıb.
Bu, klubda son 11 ilin ən pis göstəricisidir.
"Liverpul" daha əvvəl 2014/15 mövsümündə 11 dəfə uduzmuşdu.
Mersisayd təmsilçisi Premyer Liqada 58 xalla 4-cü sıradadır.