"İnter"in keçmiş yarımmüdafiəçisi Evaristo Bekkalossi vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
69 yaşlı veteran futbolçu 2025-ci ilin yanvarından ağır xəstəlikdən əziyyət çəkib və uzun müddət komada qalıb. O, Breşiyadakı klinikada vəfat edib.
Bekkalossi 1979/80 mövsümündə "İnter"lə A Seriyasında çempion olub. O, həmçinin "İnter" (1981/82) və "Sampdoriya" (1984/95) ilə bir dəfə İtaliya Kubokunu qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində həmçinin "Breşiya", "Monza", "Barletta" və "Pordenone" kimi klubların formasını geyinib.