"Everton"un 71 yaşlı azarkeşi Premyer Liqanın 35-ci turunda "Mançester Siti"nin hücumçusu Antuan Semenyoya qarşı irqçi təhqir ittihamı ilə həbs edilib. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Kişi artıq girov müqabilində azadlığa buraxılıb, lakin oyun günlərində stadiona yaxınlaşması qadağan edilib.
Qarşılaşmadan sonra "Siti"nin müdafiəçisi Mark Qehi də sosial mediada irqçi təhqirə məruz qalıb.
Qeyd edək ki, "Everton"la 3-3 hesablı heç-heçə edən "Mançester Siti" hazırda "Arsenal"dan 5 xal geri qalmaqla ikinci yerdədir. Pep Qvardiolanın komandasının ehtiyatda bir oyunu da var.