"Beşiktaş" Türkiyə Kubokunda mübarizəni dayandırıb. Sport24.a xəbər verir ki, İstanbul təmsilçisi yarımfinalda "Konyaspor"a uduzub – 0:1. Görüşdə yeganə qolu 90+8-də Enis Bardi penaltidən vurub.
"Konyaspor"un finaldakı rəqibi "Trabzonspor" – "Gənclərbirliyi" cütünün qalibi olacaq.