"Fənərbağça"nın futbolçusu Dorgeles Nene karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, malili cinah oyunçusu "Ştutqart"ın diqqət mərkəzindədir.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Bundesliqa klubunun Nene üçün 22 milyon avro təklif etməyə hazırlaşdığı bildirilib.


Dorgeles bu mövsüm 47 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə edib.