"Sumqayıt" Futbol Akademiyasında növbəti dəfə qalmaqal yaşanıb. Sport24.az-ın məlumatına görə, hadisə U-14 komandasının Sabah FK ilə oyununda yaşanıb.

 

"Kimyaçılar" qarşılaşmada böyük hesabla məğlub olublar.

 

Həmin matçda Akademiyanın direktoru Hakan Sünal U-14-ün baş məşqçisi Elşad Eyvazovla mübahisə edib.

 

Sünal mütəxəssisə "səni qovacam" deyə müraciət edib. Eyvazov isə "niyə aktyorluq edirsən" deyə cavab verib.

 

Mənbənin bildirdiyinə görə, mübahisə təkcə söz atışması ilə bitməyib, tərəflər arasında gərginlik bir müddət davam edib və bu hal komanda üzvlərinin də diqqətindən yayınmayıb. Yaşananlar Akademiya daxilində nizam-intizam və idarəçilik məsələlərinin ciddi problemə çevrildiyini göstərir.

 


Bu isə o deməkdir ki, Akademiyada özbaşınalıq baş alıb gedir. Heç kəs Hakan Sünalın sözlərini ciddiyə almır və türkiyəli mütəxəssis ortada qalıb.