Bu gün Azərbaycan I Liqasında XXV tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçiriləcək.

 

"Mingəçevir" səfərdə "Şahdağ Qusar"la üz-üzə gələcək. Şamaxı OİK stadionunda reallaşacaq görüşə saat 16:00-da start veriləcək.

 

Turun digər oyunları 6 və 7 may tarixlərində baş tutacaq.


Azərbaycan I Liqası

XXV tur

5 may

 

16:00 Şahdağ Qusar – Mingəçevir
Şamaxı OİK stadionu