"Qarabağ"ın futbolçusu Emmanuel Addainin müştəriləri artır. Sport24.az Afrika mətbuatına istinadən xəbər verir ki, Fransa Liqa 1-də çıxış edən "Havr" 24 yaşlı vingeri heyətinə qatmaq istəyir. 

 

Klub rəhbərbərliyi qanalı oyunçunu azad agent kimi transfer etmək niyyətindədir. 

 

Lakin Addai ilə digər komandalar da maraqlanır. İspaniyadan "Rayo Valyekano", Çexiyadan "Viktoriya" (Plzen) klubları da oyunçunun vəziyyətini yaxından izləyirlər. 


Qeyd edək ki, Addainin "Qarabağ"la müqaviləsi mövsümün sonunda bitir. O, cari mövsüm 46 oyunda meydanda olub. Hücumçu 7 qol və 4 məhsuldar ötürmə ilə yaxşı mövsüm keçirib.