"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün "Arsenal"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis komandasının final şanslarını dəyərləndirib:
"Oyunun tələb etdiyi dərəcədə intensiv olmalıyıq. Həm komanda, həm də fərdi baxımdan yüksək səviyyədə çıxış etməliyik. Rəqibin heyətində keyfiyyətli futbolçular var, onlara rahat oynamaq imkanı verməməliyik.
İlk matçda pis təsir bağışlamadıq. İndi daha artırmalı və final üçün mübarizə aparmalıyıq. İnanıram ki, yaxşı nəticə qazanacağıq".
"Arsenal" – "Atletiko" oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda bərabərlik qeydə alınıb.