Misli Premyer Liqasının 30-cu turuna bu gün keçiriıəcək bir oyunla yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Karvan-Yevlax" "öz meydanında "Neftçi"ni qəbul edir.

 

Meydan sahibləri elitada qalmaq uğrunda mübarizə aparır. Füzuli Məmmədovun komandasının nəzəri cəhətdən Premyer Liqada qalmaq şansı var. Bunun üçün onlar bu gün meydana yalnız qalibiyyət üçün çıxacaq. "Ağ-qaralar" "Neftçi" ilə görüşdən qalib ayrılsa, sona 3 tur qalmış "Qəbələ" ilə xal fərqini 3 xala salacaq. Onu da nəzərə almaq lazımdı ki, 32-ci turda bu komandalar Yevlaxda üz-üzə gələcəklər. "Neftçi" isə avrokuboklara vəsiqə qazanmağa çalışır. Paytaxt təmsilçisi yevlaxda 3 xal qazansa turnir cədvəlində yenidən "Zirə"ni ötərək 4-cü pilləyə yüksələcək. 

 

Qeyd edək ki, 31-ci turun oyunlarına mayın 8-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXX tur

16:00. "Karvan-Yevlax" - "Neftçi" 0:0 (Birinci hissə)

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax. Şəhər stadionu.

 

"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 10. Samuel Durrant 4. Olavale Doyeni

"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 24. Mustafa Sek 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi