"Arsenal"ın idman direktoru Andrea Berta ilə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalının cavab oyununda (1:0) mübahisə ediblər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, oyunun sonlarında, hesab 1-0 London komandasının xeyrinə olarkən, Berta əlavə vaxtla bağlı dördüncü hakimə iradını bildirib. Bu isə Simeoneni narazı salıb. Madrid klubunun 54 yaşlı məşqçisi italiyanı  itələyib və bu da meydanın kənarında davaya səbəb olub.

 

Qeyd edək ki, Berta əvvəllər 3 il "Atletiko"nun texniki direktoru, 2017-ci ildən 2025-ə qədər isə komandanın idman direktoru vəzifələrində çalışıb.