Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək. Sport24.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" öz meydanında PSJ-ni qonaq edir. 

 

Portuqaliyalı Joau Pineyrunun ədaləti qoruyacağı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.  

 

Tərəflər arasında Parisdə baş tutan ilk oyun meydan sahiblərinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Qeyd edək ki, cütün qalibi həlledici görüşdə "Arsenal" ilə qarşılaşacaq. İngiltərə təmsilçisi ötən gecə Madrid"Atletiko"sunu 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.