16 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxır. Sport24.az xəbər verir ki, yığmamız Litvadan olan həmyaşıdları ilə üz-üzə gələcəklər.

 

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

 

Qeyd edək ki, U-16 mayın 8-də, eyni saatda Rumıniya, 11-də saat 12:00-da isə Gürcüstanla qarşılaşacaq.