"Oyunun çətin olacağını bilirdik. Baş məşqçi bizə bunu başa salmışdı". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu İmad Faraj deyib.

Oyunçu Misli Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax"a üç cavabsız qolla qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:

"Rəqibi təhlil etmişik. Onların sonunci yerdə qərarlaşmasına baxmayaq bizi asan matç gözləmədiyini bilirdik. Bunun üçün hazırlaşmışdıq. İlk hissənin sonlarında mən fərqləndim və oyun açıldı".

Cinah oyunçusu ikinci yarıda daha iki qol vurduqdan sonra bir az rahatladıqlarını sözlərinə əlavə edib:

"İkinci yarıdakı iki qoldan sonra bir az rahatladıq. Oyun daha böyük hesabla bitə bilərdi. 4:0, 5:0 da olar bilərdi. 3:0 da heç də pis nəticə deyil. Bizim üçün əsas üç xal qazammaq idi ki, dördüncü pillədəki mövqeyimizi qoruyaq".