Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami" heyətinə yeni futbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. MLS təmsilçisi qapıçı Oskar Ustarini transfer edib.

 

Tərəflər 2024-cü il mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, 38 yaşlı Ustarinin son klubu Çili təmsilçisi "Audax Italiano" olub. O, karyerası ərzində "İndependent", "Xetafe", "Boka Xuniors", "Almeriya", "Sanderlend", "Atlas", "Liverpul Montevideo" və "Paçuka"da da çıxış edib.

 

Ustara Argentina millisində 2 oyun keçirib . Oskar 2008-ci il Olimpiadasında Argentina millisinin əsas qapıçısı olub.