2024-cü il Libertadores kubokunun finalının keçiriləcəyi yer müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) məlumat yayıb.
Turnirin finalı Buenos-Ayresdəki "Estadio Monumental" stadionunda keçiriləcək.
Sentyabrın 27-də yarışın yarımfinal cütləri müəyyənləşib: "Atletiko Mineyro" – "River Pleyt" və "Botafaqo" – "Penarol". İlk oyunlar oktyabrın 24-də, cavab görüşləri isə 31-də oynanılacaq.
Qeyd edək ki, ötən il Libertadores kubokunun finalı Rio-de-Janeyrodakı "Marakana" stadionunda baş tutmuşdu. Həlledici qarşılaşmada Braziliya təmsilçisi "Fluminense" "Boka Xuniors"a qalib gəlib.