"Leyptsiq" Xavi Simonsunun transferini həll edib. Sport24.az xəbər verir ki, Almaniya klubu niderlandlı futbolçunun keçidinə görə PSJ-yə 50 milyon avro ödəyib. 

 

Simons daha əvvəl icarə əsasında "Leyptsiq"in formasını geyinirdi.

 

Qeyd edək ki, Simons cari mövsümdə "Leyptsiq"in heyətində 17 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.