"Lester"in hücumçusu Stefi Mavididi fikrini dəyişib və indi Konqo millisində oynamaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Foot Africa" məlumat yayıb. 27 yaşlı ingilis əvvəllər Afrika komandasına dəvəti rədd etmişdi.

 

Mavididinin ailəsinin sözlərinə görə, hücumçu millinin baş məşqçisindən komandaya qoşulmaq üçün zəng gözləyir. O, əvvəllər İngiltərənin müxtəlif yaş qrupları üzrə gənclər komandalarında oynayıb, 18 oyun keçirib və 6 qol vurub.

 

Qeyd edək ki, Konqo DÇ-2026-nın seçmə mərhələsinin Afrika zonası üzrə pley-offunda Kamerunu (1-0) və Nigeriyanı (1-1, penaltilərdə 4-3) məğlub edib. Komanda artıq gələn ilin martında keçiriləcək qitələrarası pley-off mərhələsinə hazırlaşır.