"Lids" "Lester"in hücumçusu Bilal El Hannusun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ben Jakob social şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Lids" 21 yaşlı mərakeşli futbolçunun transferi ilə bağlı artıq "Lester"ə sorğu göndərib. Futbolçu ilə "Vest Hem" və "Tottenhem" də maraqlanır. "Lester" hücumçunu 30 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, hücumçu 2024/25 mövsümündə bütün turnirlərdə 37 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir.