"Barselona"nın futbolçusu Lamin Yamal məşhur 10 nömrəli formanı alması münasibətilə sosial şəbəkədəki səhifəsində paylaşım edib. Yamal 10 nömrəli formanı almaqla yanaşı, kataloniyalılarla müqaviləsini 2031-ci ilin yayına kimi uzadıb.

 

Yamal fotolara mavi və qırmızı ürək emojiləri əlavə edərək "Mənim nömrəm, hekayəm, səyahətim. x10" sözlərini qeyd edib.

 

Qeyd edək ki, kataloniya klubunda 10 nömrənin sonuncu sahibi ispan Ansu Fati olub. İspandan əvvəl isə bu nömrə Lionel Messidə olub.