Dünən Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, İspaniya Hollandiyaya qalib gəlib (3:3, 5:4).

 

İspanların qollarından birinin müəllifi Lamin Yamal olub. Bununla da o, Millətlər Liqsında fərqlənən ən gənc futbolçu adına sahib çıxıb. O, bunu 17 yaş 258 gününündə bacarıb.

 

Qeyd edək ki, əvvəlki rekord Qaviyə məxsus idi - 17 il 304 gün.