"Espanyol"un baş məşqçisi Manolo Qonzales İspaniya çempionatının aprel ayının ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssis səsvermədə Dieqo Simeone ("Atletiko") və Karlos Korberanı ("Valensiya") qabaqlayıb.
Qonzalesin rəhbərliyi altında "Espanyol" bu ay ardıcıl olaraq "Rayo Valyekano" (4:0), "Selta" (2:0) və "Xetafe"ni (1:0) məğlub edib.
Qeyd edək ki, hazırda "Espanyol" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.