Portuqaliya və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo 15 yaşlı oğluna "Lamborghini Urus" hədiyyə edib. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı sosial media hesabında şəkli paylaşıb.

 

Oğul Ronaldo bu yaxınlarda Portuqaliya U-16 millisinin heyətində Uels yığmasına qarşı oynayıb və ilk qolunu vurub.

 

Qeyd edək ki, ulduz futbolçunun oğlu 2010-cu ilin iyun ayında anadan olub. Anasının kimliyi isə açıqlanmır. Məşhur futbolçunun sözlərinə görə, o, uşağın yeganə qəyyumudur.