"Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta bu qış "Yuventus"a keçə bilər. Sport24.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Turin klubu oyunçu üçün 2 milyon avroluq icarə təklifi etsə də, "Pelas" bundan imtina edib.

 

"Yuventus"un baş məşqçisi Luçano Spallettinin 28 yaşlı fransalı hücumçu ilə şəxsən maraqlandığı bildirilir.

 

O, forvardı zədəli Duşan Vlakoviçin yerində oynamasını istəyir.

 

Qeyd edək ki, Mateta bu mövsüm Premyer Liqada 22 oyun keçirib və 8 qol vurub.