"Real"ın rəhbərliyi Vinisius Junior və Eduardo Kamavinqanın milli komandaların düşərgəsində olarkən zədələnməsindən çox narazıdır.

Sport24.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.Klub buna görə La Liqa, İspaniya Futbol Federasiyası, FİFA və UEFA rəhbərliyini günahlandırır. "Real" təmsilçilərinin fikrincə, oyunçuların zədələnməsinə səbəb sıx oyun qrafiki, futbolçuların həddindən artıq yüklənməsidir.

 Qeyd edək ki, Vinisius Junior Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə oyununda zədələnmişdi. O, 2024-cü ilin fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacaq. Kamavinqa isə Fransa yığmasının məşqində zədələnib və 8-10 həftə oynaya bilməyəcək.